Şənbə, 18 May

"Rusiya vətənimiz üçün əsas təhlükə mənbəyidir" - Generaldan açıqlama

image

“Rusiya vətənimiz üçün başlıca hərbi təhlükə mənbəyidir”.

Xəbər verilir ki, bunu ABŞ Silahlı Qüvvələri Şimal komandanlığının başçısı, ABŞ-Kanada Aerokosmik Müdafiə Birliyinin rəhbəri general Qlen Vanhörk “Air Force Magazine” jurnalına müsahibəsində deyib.

“Bu gün vətənimiz üçün başlıca təhlükə mənbəyi Çin deyil, Rusiyadır. Kinetik baxımından sualtı qayıqlar, bombardmançılar, qanadlı raketlər və başqaları Rusiyanın əsas hərbi təhlükə vasitələridir”, - general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Argumentı i Faktı" qəzetinə müsahibəsində ABŞ-ın geosiyasi təcrübələri zəncirvari şəkildə Qərb bloku da daxil olmaqla böyük bölgələrdə sabitliyin pozulmasına səbəb olub. Onun fikrincə, ABŞ və müttəfiqləri suveren dövlətlərin iqtisadiyyatının dağılmasına, millətlərarası və siyasi problemlərin kəskinləşməsinə, terror, ekstremist və digər təhdidlərin güclənməsinə görə məsuliyyət daşımalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41